Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


21.06.2017  10:08 

Həmin polis cəzalandırıla bilər - Nigar Camal qalmaqalı





A+  A-

Artıq bir neçə gündür ki, “Eurovision-2011" müsabiqəsinin qalibi Nigar Camalla yol polisi əməkdaşları arasında olan qalmaqal müzakirə olunmaqdadır. İllərdir ki, Londona yaşayan müğənni sosial şəbəkədə ölkəyə geri dönən zaman yol polisi əməkdaşları tərəfindən ona qarşı kobudluq göstərildiyini, dəfələrlə əsassız olaraq saxlanıldığını, şər atıldığını iddia edərək, onları tənqid edib. Müğənni daha sonra paylaşımını silib.
İlk olaraq sosial şəbəkələrdə rezonans doğuran status sonradan mətbuatın da geniş müzakirə obyektinə çevrilməyə başladı. Hətta siyasətçilər, tanınmış ictimaiyyət nümayəndələri də məsələyə etinasız qalmayaraq öz mövqeyini bildirib. Onlardan bəziləri yol polisini “qudurğan” adlandıran müğənnini, bəziləri isə yol polisi əməkdaşlarını qınadı.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məsələ ilə bağlı mətbuata açıqlama verib. O qeyd edib ki, məsələ artıq araşdırılmağa başlayıb.

XəzərNews.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, yol polisinin qanunsuzluğu aşkarlanarsa, məsuliyyətə cəlb oluna, hətta vəzifəsindən azad oluna bilər: “Bizim əməkdaşlar xidmətə çıxanda, vətəndaşla ünsiyyətdə olanda onların həm səs yazıları, həm də videogörüntüləri xüsusi cihazlarla qeydə alınır. Bunun da əsasında polisin hər hansı qanunsuz hərəkəti və yaxud neqativ davranışı ilə bağlı vətəndaşın müraciəti olarsa, bu zaman müvafiq araşdırma aparılır. Bu məsələdə fərqi yoxdur ki, vətəndaş tanınmış, yoxsa adi insandır. Beləliklə, araşdırma aparılır və vətəndaşın iddiası öz təsdiqini taparsa, əməkdaş tutduğu əmələ görə insan məsuliyyətinə cəlb oluna, hətta Daxili İşlər Nazirliyində xidmətdən azad oluna bilər. Amma əgər vətəndaşın müraciətində qeyd etdiyi faktlar araşdırma nəticəsində öz təsdiqini tapmazsa, o zaman, sadəcə, vətəndaşa rəsmi surətdə yazılı olaraq cavab verilir ki, müraciətində qeyd etdiyi iddialar öz təsdiqini tapmayıb. Bu zaman vətəndaşın hüququdur ki, şikayəti barədə yüksək orqanlara da müraciət etsin”.

Kamran Əliyev onu da əlavə edib ki, hər il kifayət qədər yol polisi qanunsuz davranışlarına görə cəzalanıb, hətta tutduğu vəzifədən azad olunub: “Hər il bu haqda statistik məlumat mətbuata çatdırılır”.

Xəbər 3012 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +