Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış


23.04.2018  09:05 

İnanılmaz kəşf - 500 milyard qiyməti var





A+  A-

Yaponiyadakı Minami-Torişima adasında böyük kəşfə imza atıblar.
XəzərNews.az “Sputnik”ə istinadən xəbər verir ki, uzunluğu 1,3 kilometr olan, bir müddət hərbi məqsədlər üçün istifadə olunan bu ərazidə mütəxəssislər tərəfindən araşdırma başlayıb. Hazırda yaşayış olmayan adada nadir elementlər və qiymətli daşlar tapılıb.

Alimlər adadan ittrium, evropium, terbium və disprozium maddələrinin tapıldığını açıqlayıblar. Onlar bu elementlərin 500 milyard dollara yaxın qiymətinin olduğunu bildiriblər. Mütəxəssislərin sözlərinə görə, bu maddələrdən kosmik cihazların, iPhone və digər cihazların hazırlanmasında istifadə edilə bilir.

İttriumun 0,5 kiloqramı 3,4 min, evropiumun 100 qramı 20.000, terbiumun 100 qramı 1800 dollara satılır. Adada təxminən 1.2 milyon ton belə maddələr var.

Araşdırmaçılar Wall Street-ə açıqlamasında deyiblər ki, bu Yaponiya üçün inanılmaz bir dəyişiklikdir: "Bu elementləri adadan çıxartmaq çox vəsait tələb edir. Amma bu, inkişafa böyük kömək edə bilər".

Xəbər 1799 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +