Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış


14.04.2018  20:17 

ABŞ nümayəndəsi Suriyanı növbəti zərbələrlə hədələdi





A+  A-

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının iclasında Suriyanı yeni raket zərbələri ilə hədələyib.
XəzərNews.az-ın məlumatlna görə, ABŞ rəsmisi bildirib ki, əgər növbəti dəfə kimyəvi silahdan istifadə qeydə alınsa, prezident Donald Tramp Suriyaya yeni zərbələrin endirilməsi barədə əmr verməyə hazırdır.

"Prezident dedi ki, əgər növbəti hücum (kimyəvi silahdan istifadə-red) olsa, biz hərəkət etməyə hazırıq", - deyə o bildirib. N. Heyli xəbərdarlıq edib ki, kim ABŞ prezidentinin "qırmızı xətti"ni keçməyə çalışsa, o, hərəkət edir.

Qeyd edək ki, ABŞ, Britaniya və Fransa şənbə gününə keçən gecə Suriyanın hökumət obyektlərinə raket zərbələri endiriblər. Ölkə rəhbərlərinin fikrincə, həmin obyektlər kimyəvi silahın istifadəsində istifadə olunur.

Rusiya hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.



Xəbər 1623 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +