200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


07.03.2019  15:53 

PKK üzvü Bakıdan belə qaçmaq istəyib





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Türkiyə səfirliyinin və Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndələri çıxış edərək təqdimatın təmin edilməsini istəyiblər. Təqsirləndirilən Duman Özgür də Türkiyəyə ekstradisiya olunmasını istəyib.

Məhkəmə təqdimatı təmin edib və D.Özgürün ölkəsinə ekstradisiya edilməsinə qərar verib.

Belə ki, D. Özgür Türkiyədə təhlükəli, partlayıcı maddələr satmaqda ittiham edilərək 7 il 6 ay həbsdə qalıb. Həbsdən çıxdıqdan sonra eyni əməllərə görə axtarışa verilib.

O, Türkiyədən Gürcüstana qaçıb. Bir müddət də orada qaldıqdan sonra Azərbaycana gəlib. Burada Dövlət Miqrassiya Xidmətinə (DMX) müraciət edərək özünü Suriya vətəndaşı kimi təqdim edib. Sənədlərini itirdiyini deyən Duman Özgür Türkiyəyə göndərilməsini istəyib. Lakin araşdırmalar zamanı onun yalan danışdığı üzə çıxıb və həbs edilib.

Məlumata görə, Duman Özgür PKK terror təşkilatının üzvü olub. Türkiyədə bir neçə terror hadisələrində iştirak edib.

Xəbər 1398 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +