Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir


27.08.2022  11:45 

Əhəd Əsgərovun ölkədən çıxışına qadağa qoyulub?





A+  A-

"Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru, "Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru Əsgərov Əhəd Tofiq oğlunun ölkədən çıxışına qadağa qoyulur.

XəzərNews.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə Əhəd Əsgərovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə sentyabrın 5-də Bakı Kommersiya Məhkəməsində Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

Əhəd Əsgərovun təsisçisi olduğu "STENTOR" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 023 min 752 manat 06 qəpik borcu yaranıb.

Qeyd edək ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var. /Qaynarinfo



Xəbər 3648 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +