Rusiya Azərbaycan məhsullarına qadağa qoymaq istəyir?
Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib


24.08.2022  20:55 

Hökumət təklifimizə nə “hə”, nə də “yox” deyir...





A+  A-

Ölkədə qiymət artımının qısa müddət ərzində qarşısını kəsə, inflyasiyanı azalda biləcək yeganə addım vergi və rüsumların azaldılmasıdır.

Artıq iki aya yaxındır ki, REAL ərzaq məhsulları və dərmanlarda ƏDV-nin 18%-dən 2%-ə endirilməsini təklif edib, hökumətdən tık yox, amma hökumətin əlinin altında saxladığı müxtəlif insanlar məhz bu təklifdən sonra REAL-a qarşı növbəti abırsız hücuma start verdilər.

Hökumət hesablanmış, rəqəmlərə və məntiqə söykənən təklifimizə nə “hə”, nə də “yox” deyə bilmir, çünki nəsə desə fikrini əsaslandırmalıdır, həm də cavab REAL-ın reytinginə xidmət edə bilər deyə özləri kənarda qalıb orbitdə saxladıqlarını üzərimizə salmağa çalışırlar.

Təklif, əslində çox sadədə və effektivdir – bu gün əhalinin 80%-ə yaxını ərzağı şəbəkə marketlərdən alır, onlar da ƏDV ödəyicisidir, ona görə də bu gün istənilən vətəndaş 100 manatlıq ərzaq ala 118 manat ödəməyə məcbur olur. Biz deyirik ki, vətəndaş 100 manatlıq ərzaq alanda buna 2 manat ƏDV ödəsin, yerdə qalan 16 manatını da başqa dərdinə-sərinə xərcləsin – hökumətdən cavab gözlədiyimiz halda bu təklifə hökumətərfanı qüvvələrdən cavab gəlir.

Ölkənin bir nömrəli gündəmi inflyasiya və qiymət artımı, bununla mübarizə üçün atılacaq addımlar, təkliflər olmalıdır, amma görünən odur ki, ictimai-siyasi gündəmi şouya, təhqiri-söyüşü əsas alətə çevirməkdə maraqlı iqtidar tərəfindən idarə olunan qüvvələr çoxdur, hökumət də istədiyi kimi belə şoular düzəldib iştirakçıları yönləndirərək əsas məsələlərdən fikir yayındıra bilir.

Siyasətdə, ictimai fəaliyyətdə şou elementləri ola bilər, amma daimi şou göstərib bunu siyasət kimi təqdim etmək mənasız və ziyanlı fəaliyyətdir...

Natiq Cəfərli
İqtisadçı



Xəbər 3287 dəfə oxunub.




01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +