Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


15.11.2018  12:45 

“Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”





A+  A-

“Bəziləri sanki elə qələmə verirlər ki, Milli Məclisdə xalqı düşünən yoxdur. Halbuki burada xalqın mənafeyinə uyğun yüzlərlə çıxışlar olur. Sadəcə telekanallarımız bunu işıqlandırmır”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışında deyib.

O, bu məsələdə AzTv-dən və İctimai TV-dən narazılığını ifadə edib: “AzTv yalnız komitə sədrlərinin çıxışları efirdə verir. Ancaq deputatların çıxışından heç nə vermirlər. Həftədə parlamentlə bağlı 1 saatlıq çıxış verilir. Amma yenə də deputatların nə danışdığı bilinmir.

Ümumiyyətlə isə, İctimai TV bizdən heç nə vermir. Hansı ki büdcə və vergilər hesabına maliyyələşir. Biz bəzən jurnalistlərə foyedə açıqlama verilməli oluruq. Çox hallarda soyuqlu havalarda parlamentin həyətində danışmalı oluruq. Bu da yaxşı deyil. Yaxşı olardı ki, bizə bununla bağlı ayrıca otaqlar verilərdi”.

Buna cavabında spiker Oqtay Əsədov belə deyib: “Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”.

Xəbər 1680 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +