Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


03.11.2017  09:38 

Uşaqlar arasında göz xəstəlikləri artıb





A+  A-

Azərbaycanda əhali, xüsusilə 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, ölkədə son 6 il ərzində 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərinin sayı 1,5 dəfə artıb.

2010-ci ildə 13 yaşadək uşaqlar arasında bu xəstəlikdən əziyyət çəkənlərin sayı 17 636 nəfər, 2015-ci ildə 24 530 nəfər, 2016-cı ildə 26 129 nəfər olub.

2010-cu ildə 13 yaşadək hər 10 000 nəfər uşağın 94,1 nəfəri, 2015-ci ildə 120,1 nəfəri, 2016-cı ildə 125,8 nəfəri bu xəstəlikdən əziyyət çəkib.

Azərbaycanda bu xəstəliyin artımı digər yaş kateqoriyaları üzrə də müşahidə edilib.

2010-2016-cı illər ərzində ölkədə 14-29 yaşlı insanlar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 dəfəyə yaxın, yaşı 30-dan çox olanlar arasında 1,5 dəfə çoxalıb.

2010-cu ildə ölkədə 14-29 yaşlılar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 8 219 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 14 727, 2016-cı ildə 15 871 nəfər olub.

14-29 yaşlı hər 10 000 nəfər gənc arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 2010-cu ildə 29,1 nəfər, 2015-ci ildə 55,3 nəfər, 2016-cı ildə 60,9 nəfər olub.

Ötən illər ərzində göz və gözün əlavə aparatının xəstəliklərinin sayı 30 və yuxarı yaşlı əhali arasında da artıma doğru dəyişib.
2010-cu ildə 30 və yuxarı yaşlı əhali arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 16 749 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 23 017, 2016-cı ildə 25 651 nəfər olub.

Azərbaycanda 30 və yuxarı yaşlı əhalinin hər 10 000 nəfərinə düşən göz və gözün əlavə aparatının xəstəliklərinin sayı 2010-cu ildə 38,4 nəfər, 2015-ci ildə 46,6 nəfər, 2016-cı ildə 50,5 nəfər olub.

Xəbər 1471 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +