Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır
Azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı


23.09.2017  13:08 

ARB-də süni şoular davam edir...





A+  A-

Ötən gün ARB telekanalında yayımlanan “Səhər səhər” verilişində qalmaqal yaşanıb.
XəzərNews.az Yenicag.az-a istinadən xəbər verir ki, aparıcı Elgiz Əkbərlə verilişə qonaq qismində çağırılan Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının kordinatoru Vasif Akifli arasında ciddi şəkildə mübahisə yaranıb.

Söz davası zamanı Elgiz qarşı tərəfin ünvanına xoşagəlməz ifadə işlədib. Vasif Akifli aparıcının cavabını verib və studiyanı tərk edib.

Əldə etdiyimiz məlumata görə, çəkiliş yarımçıq qalıb. Verilişdən sonra iclas keçirilib və ARB kanalının rəhbərliyi Elgiz Əkbəri “Səhər səhər” verilişinin aparıcılığından uzaqlaşdırıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Vasif Akifli xəbəri təsdiqlədi. O, mübahisə yarandığı üçün verilişi tərk etdiyini bildirib. Həmin proqramın isə efirə gedib-getməyəcəyini bilmədiyini qeyd edib.

***

ARB TV Elgizin telekanaldan qovulması ilə bağlı açıqlama yayıb.

"Qafqazinfo"ya daxil olan mıəlumata görə, ötən gün “Səhər-səhər” proqramının çəkilişi zamanı aparıcısı Elgiz Əkbərlə qonaq arasında gərginlik yaşanıb.

Məsələ ilə bağlı kanalın Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov açıqlama verib: “Bu məsələ ilə bağlı heç bir xüsusi iclas olmayıb “Səhər-səhər” verilişinin çəkilişi zamanı aparıcı ilə qonaq arasında müəyyən anlaşılmazlıq olub və gərginlik yaşanıb. Sonradan məsələ öz həllini tapıb. Burda böyüdüləcək bir şey yoxdur. Bazar ertəsi adı çəkilən veriliş Elgiz Əkbərin təqdimatında yayımlanacaq”.

***

"Qafqazinfo" qeyd edir ki, bu ARB TV-nin yaratdığı ilk süni şou deyil. TV-də belə qurama və ucuz şoular tez-tez təkrarlanır.

Xəbər 1662 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +