Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


29.01.2018  12:11 

Səyavuş Heydərov: “Həmin şəxslər Azərbaycan vətəndaşlığından çıxarılıb“





A+  A-

"2011-ci ildən bəri Suriya, İraq və digər münaqişə yaşanan ölkələrdə hərbi və terror qruplarının tərkibində iştirak etmiş 92 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilərək, məsuliyyətə cəlb olunub".
XəzərNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

S.Heydərov deyib ki, sözügedən terror və hərbi dəstələrdə iştirak etmiş 260-dan çox insan Azərbaycan vətəndaşlığından məhrum edilib:

"Hazırda bu proses davam etdirilir, dəqiqləşdirmələr və araşdırmalar aparılır. Xarici ölkələrdə gedən döyüşlərdə iştirak etmiş şəxslərin vətəndaşlıqlarının ləğv edilməsi bundan sonra da davam etdiriləcək".

Dini Komitəsinin sədr müavini qeyd edib ki, xarici ölkələrdə baş verən münaqişələrdə 300 nəfər Azərbaycan vətəndaşının ölməsi ilə bağlı məlumatlar əldə edilib:

"Onlardan bir qismi isə sağdır və üçüncü ölkələrdə gizlənir. Həmin şəxslərin də müyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir".

S.Heydərov qeyd edib ki, İŞİD terror təşkilatı məğlub ediləndən bəri Azərbaycandan Yaxın Şərq ölkələrinə döyüşmək üçün gedənlər barədə heç bir məlumat qeydə alınmayıb:

"İŞİD məğlub ediləndən sonra, yəni, son 1,5 il ərzində Azərbaycandan Yaxın Şərqə döyüşmək üçün gedənlər barədə heç bir məlumat qeydə alınmayıb. Bunu aparılan uğurlu işin nəticəsi hesab etmək olar. Artıq Azərbaycanda bu kontingent ictimaiyyətin qınağına çevrilib. Aparılan monitorinqin nəticələrinə görə, Azərbaycanda radikalizmin və ektermizmin sosial bazası yoxdur. Biz də çalışırıq ki, bu sahədə mübarizə tədbirlərini ümumxalq işinə çevrilsin".

"Yaxın Şərqdə, o cümlədən İraq və Suriyada radikal dini təsirlərə məruz qalmış 300-dən artıq azərbaycanlı uşaq və qadının olduğu müəyyən edilib".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov bildirib ki, bir uşaq artıq ölkəyə gətirilib, reabilitasiya prosesinə cəlb olunub.

Onun sözlərinə görə, bu yaxınlarda 19 uşaq da müəyyən edilib:

"Yaxın vaxtlarda həmin onlar ölkəyə gətirilərək psixoloq, ilahiyyatçı və digər mütəxəssislərin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunacaq".

Xəbər 2575 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +