İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


13.03.2020  16:21 

“Azəriqaz”dan dələduzlarla bağlı əhaliyə xəbərdarlıq!





A+  A-

“Azəriqaz” İstehsalat Birliyi əhalini diqqətli olmağa çağırıb.
XəzərNews.az xəbər verir ki, üzərində “SOCAR” sözü yazılmış xüsusi geyim formasında olan şəxs mənzilləri gəzərək qaz sayğaclarında sızmanın olmasını, sayğacın qüsurla işləməsini və s. səbəblər irəli sürməklə sayğacın dəyişdirilməsi adı ilə abonentlərdən pul yığır.

“Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzinə Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski və B.Nuriyev küçəsində yaşayan bir neçə nəfər zəng edərək bu şəxsin onlardan müxtəlif məbləğlərdə - 15, 30 və 50 manat aldıqlarını deyib. Məlumat verən vətəndaşlar həmin şəxsin orta boylu, dolu, gözlərinin çəp olduğunu, özünü “Azəriqaz” İB-nin əməkdaşı İlkin Əsgərov kimi təqdim etdiyini bildiriblər. O, əlindəki kitabçaya vətəndaşlardan aldığı pulun məbləği barədə qeydlər aparıb. Bu gün isə həmin dələduz Səbail rayonu ərazisində görünüb.

“Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzi haqqında danışan dələduzun fotosunu əldə edə bilib. Məlum olub ki, fotoda görünən şəxs bir müddət əvvəl Gəncə şəhəri ərazisində də eyni əməlləri törədib. Gəncə Regional qaz istismarı İdarəsi onu yaxalayaraq polisə təqdim edib. Lakin o bir qədər sonra yenə eyni əməlləri törətməyə başlayıb. Vətəndaşlara təqdim etdiyi mobil nömrələr isə dələduzluq etdiyi ərazidəki bərbərxana, ayaqqabı təmirxanaları, dərzi sexləri və digər yerlərin üzərində yazılan nömrələr olub.

“Azəriqaz” İB abonentlərə müraciət edərək belə şəxslərə inanmamağı tövsiyə edir. Bir daha bəyan edilib ki, hər hansı xidmətə görə hətta Birliyin əməkdaşlarının da mənzildə abonentdən vəsait tələb etməsi qanunsuzdur.

Xəbər 3110 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +