Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


02.04.2019  20:36 

İstanbulda 3 yerdə səslər yenidən sayılacaq





A+  A-

Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlı 39 məntəqədə etiraz edilib.
XəzərNews.az “Haberler.com”a istinadən xəbər verir ki, İstanbulun Beykoz, Fateh və Çəkməköy qəsəbələri üzrə dairə seçki komissiyaları səslərin yenidən sayılmasına qərar verib. Bəyoğlu qəsəbəsində isə bu müraciət rədd edilib.

Etirazlar etibarsız hesab edilən səslərlə bağlıdır. Məlumata görə, Beykozda 5352, Fatehdə 7354, Çəkməköydə isə 5684 etibarsız səs var.

Yenidən sayım bütün partiyaların müşahidəçilərinin iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, hazırkı nəticələrə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 48,79 faiz (4 milyon 169 min 987), Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım isə 48,51 faiz (4 milyon 146 min 42) səs toplayıb.

Xəbər 2897 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +