Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


09.08.2018  15:39 

Meriyadan xəbərdarlıq - “Maşını burada saxlamayın”





A+  A-

Bakı Şəhər İcra Hakimiyyəti son günlər küləyin güclənməsi ilə bağlı əhaliyə müraciət edib.
XəzərNews.az-ın məlumatına görə, Meriyanın Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəçi İdarəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, güclü külək avqust ayı ərzində çoxlu hündür və iri gövdəli ağacı aşırıb.

O.Məmmədov paytaxt əhalisinə xəbərdarlıq edərək küləkli havalarda avtomobillərini böyük ağacların yanında saxlamamağı xahiş edib: “Yalnız bu gün ərzində şəhərin 6 yerində ağac aşıb. Onların biri, Nəsimi rayonunda baş verən hadisədə ağac avtobus dayanacağının üstünə düşüb. Amma xəsarət alan olmayıb, ciddi ziyan yoxdur”.

Meriya rəsmisi qeyd edib ki, Bakıda torpağın münbit olmaması sağlam ağacların da aşmasına səbəb olur.

Xəbər 3087 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +