Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


13.05.2025  15:31 

Putin birbaşa danışıqları bərpa etməyi təklif etdi: “Cümə axşamı, 15 may”





A+  A-

Moskva Kiyevə ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya və Qərb jurnalistləri ilə görüşündə deyib.

“Biz dəfələrlə atəşkəs üçün addımlar təklif etmişik və heç vaxt Ukrayna tərəfi ilə dialoqdan imtina etməmişik. Bir daha xatırladıram: 2022-ci ildə danışıqları kəsən biz yox, Ukrayna tərəfi idi. Bununla əlaqədar, hər şeyə baxmayaraq, biz Kiyev hakimiyyətinə danışıqları bərpa etməyi təklif edirik”.

O vurğulayıb ki, söhbət ilkin şərt olmadan birbaşa danışıqlardan gedir.

Putin əlavə edib ki, gecikmədən başlamaq lazımdır və tarixi təklif edib:

“Cümə axşamı, 15 may”.

Rusiya lideri qeyd edib ki, tərəflər İstanbulda görüşə bilərlər, “onların [danışıqların] əvvəllər keçirildiyi və kəsildiyi yerdə”.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva Ukrayna ilə danışıqlara başlamağa hazırdır və Kiyevin onun təşəbbüsünə reaksiyasını gözləyir.

“Biz mayın 15-də, hətta səhər də Kiyevlə danışıqlara başlamağa hazırıq”, - deyə siyasətçi vurğulayıb.

O əlavə edib ki, Kiyev belə bir istək bildirsə, söhbətə başlamaq asan olardı.

Xəbər 1263 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +