Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsilli milyonçunun bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı


17.03.2017  10:28 

Azərbaycanda yük avtomobillərinin istehsalı dayandı





A+  A-

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 19,4 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 66,2% azalıb, sair nəqliyyat vasitələrinin istehsalı 25,6% artıb.

Belə ki, bu ilin mart ayının 1-nə 121 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb. Bu ilin iki ayı ərzində ölkədə yük avtomobili istehsalı olmayıb.

Bundan başqa, bu ilin iki ayı ərzində 370 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Bu da əvvəlki ilin 2 ayı ilə müqayisədə 37 dəfə çoxdur. Nəticədə bu ilin martın 1-nə 204 ədəd hazır məhsul ehtiyatı yaranıb. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda traktor istehsal edilməyib.


Xəbər 1806 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +