PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


11.02.2022  23:06 

Aldığı lüks avtomobillə gündəmə gələn “Azəristiliktəchizat”ın sabiq sədri





A+  A-

Hər il noyabr ayının gəlişi ilə mətbuatın gündəmini zəbt etməyi bacaran qurum kimi tanınan “Azəristiliktəchizat” ASC-nin adı əksər hallarda tənqid və şikayətlərlə hallanıb.

Şəhərin müxtəlif ərazilərində hər qış binalarda yaşanan istilik problemləri ilə bağlı çıxan xəbərlərin sayı-hesabı yoxdur. Bundan əlavə, son illərdə “Azəriqaz”a olan borc səbəbindən “Azəristiliktəchizat”ın binalara istilik verməsini gecikdirməsi də artıq adət halını alıb.

Təbii ki, bir qurumun fəaliyyətində bu qədər şikayət varsa, deməli idarəetmə səviyyəsində də ciddi boşluqların olması qaçılmazdır.

2004-cü ildən bəri Bakının istilik sisteminə nəzarət edən qurumlara rəhbərlik edən Yaşar Həsənovun idarəçilik fəaliyyətində nümunə olduğunu söyləyə bilmərik.

18 ilə yaxın müddətdə Bakını soyuqdan qorumaqla mükəlləf olan Yaşar Həsənov haqqında bir sıra qalmaqallı nüanslar ortaya çıxıb.

Belə ki, hazırda Milli Məclisin vitse-spikeri olan Adil Əliyev hələ 2013-cü ildə parlamentdə çıxışı zamanı Yaşar Həsənovla bağlı bu fikirləri səsləndirib:

“2012-ci ildə büdcə layihəsinə ölkə ərazisində istilik sistemi üzrə yaranan zərərin ödənilməsi, istilik sistemi və təchizatı obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat ayrılıb. 2011-ci ildə isə ayrılan vəsait 19 milyon manat olub. 2005-2010-ci illərdə isə istilik sisteminə üst- üstə təxminən 77 milyon manat ayrılıb. Dostlar, bu rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm.

Sadəcə Yaşar Həsənovun nəzərinə çatdırmaq istəyirəm ki, mənim seçicilərimin hələ də istilik məsələsi həll olunmamış qalıb və mən millət vəkili kimi rəsmi müraciətimi bu rəqəmlərin yoxlanması üçün Hesablama Palatasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etməyə hazırlaşıram”.

Görünür, Yaşar Həsənovun fəaliyyəti ilə bağlı şübhələr hələ o dönəmdən bəri aktuallaşıb. Lakin məlumdur ki, Adil Əliyevin hələ 2012-ci ildə Milli Məclisin tribunasından səsləndirdiyi problemlər, nəinki həllini tapıb, əksinə, daha da artıb.

Üstəlik bu müddət ərzində Yaşar Həsənovun paytaxtın istilik sistemində təmir və tikinti işlərini qaynı və bacısı oğlunun nəzarətinə verdiyi haqqında məlumatlar da yerli mediada öz əksini tapıb.

Y.Həsənovla bağlı digər qalmaqallı informasiya isə, “Azəristiliktəchizat”ın rəhbərinin özünü ABŞ-ın sabiq prezidenti Corc Buşla müqayisə etməsi olub.

Belə ki, bir neçə il öncə adını qeyd etmək istəməyən qurum əməkdaşı mətbuata bildirib ki, bir dəfə sədrdən iclaslara telefonla qatılmasının səbəbini soruşublar:

“Sədr isə cavabında dedi ki, bəs siz kinolara baxmırsınız? Corc Buş da iclaslara telefonla qatılır”.

Yaşar Həsənovun dövründə “Azəristiliktəchizat”ın adı dəyəri milyonlarla ölçülən şübhəli tender qalmaqallarında da hallanıb. Yaşar Həsənovun qarışdığı iddia olunan bir digər hadisə isə, Bakı şəhərində bir sıra istilik boru xətlərinin yerinin dəyişdirilməsi ilə bağlıdır. Belə ki, bir sıra şirkətlərin tikinti işləri aparan zaman Yaşar Həsənovun razılığını alaraq binalara gedən istilik xətlərinin yerini dəyişdirdikləri iddia olunur.

Bundan əlavə, 2016-cı ildə ölkə mətbuatında dərc olunan məqalələrdə Yaşar Həsənovun oğluna son model “Range Rover” alması da gündəmə gəlib.

Qeyd edək ki, Yaşar Həsənov Prezidentin 7 fevral tarixli sərəncamı ilə “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsindən azad olunub. Yaşar Həsənovun səlahiyyətləri müavini İlham Mirzəliyevə həvalə edilib./Bizim.Media

Xəbər 3286 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +