“Sputnik işi” üzrə 7 nəfər həbs olunub - DİN
Azərbaycanda Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanıldı
Rusiya Azərbaycan məhsullarına qadağa qoymaq istəyir?
Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı


03.06.2017  12:43 

Tikinti şirkəti Bakının mərkəzində camaatı aldatdı... - VİDEO





A+  A-

Daha bir mənzil tikintisi şirkətinin dələduzluğu ilə bağlı redaksiyamıza müraciət daxil olub.
Şikayətçilər bildiriblər ki, "İdeal-İ İnşaat" MTK 60 mənzili 90 nəfərə satıb. Bu səbəbdən də 5 ildən çoxdur ki, mənzil sahiblərinə açarları təhvil vermək istəmir.

Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllənin Dilarə Əliyeva küçəsinə çıxan ərazidə inşa olunan binadan ev almaq istəyən vətəndaşlar 180 - 250 min manat arasında ödəniş edib. Binanın inşasına 2007-ci ildə başlanılıb və 2012-ci ildə tikinti yekunlaşıb. Ancaq tikinti yekunlaşsa da, mənzillər öz sahiblərinə təhvil verilməyib.

Mənzil sahibi Qvami Abbasov pulu birbaşa şirkət rəhbərliyinə ödədiyini söyləyir: “Şirkətin təsisçisi İsa Məmmədov və direktoru isə yaxın qohumu Çingiz Məmmədovdur. Son 2 ayda, ümumiyyətlə, biz bu insanlarla görüşə bilmirik. 60 mənzil 90 nəfərə satılıb. Şirkətdən mənzil sahiblərinin siyahısını tələb edirik, məhz bu səbəbdən verilmir. 2005-ci ilin mart ayında "Alyans Z" MTK ilə "İdeal V" tikinti şirkəti arasında müştərək fəaliyyətə dair müqavilə imzalanıb. Lakin sonradan "Alyans Z" MTK ilə "İdeal V" şirkəti arasında mübahisə yaranıb”.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” şikayət əsasında "İdeal-İ İnşaat" MTK ofisində olub. Bildiriblər ki, onların "İdeal V" şirkəti ilə hər hansı bir əlaqəsi yoxdur.


Xəbər 3827 dəfə oxunub.




01.07.2025  13:17 

Yasamalda yanğın VAR

01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir


BÜTÜN XƏBƏRLƏR +