Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


23.11.2022  17:45 

İngiltərə Ukraynaya üç Sea King helikopteri verəcək





A+  A-

Rusiya qüvvələrinə qarşı hücumlarını davam etdirən Ukraynanın gözlədiyi xəbər İngiltərədən gəldi. Müharibədə yeni çığır açan İngiltərə Kiyevə yeni hərbi yardım göndəriləcəyini açıqladı.

XəzərNews.az yerli mediaya istinadən xəbər verir ki, Ukrayna üzərində hava üstünlüyünə sahib olan Rusiyanı qəzəbləndirəcək xəbər İngiltərədən gəlib.

Müharibə başlayandan bəri Kiyevə ən çox hərbi dəstək verən ölkələrdən biri olan İngiltərə ilk dəfə olaraq Ukraynaya vertolyotlar bağışlamağa qərar verib.

Ölkə mətbuatında çıxan xəbərlərə görə, Ukraynaya üç köhnə Sea King helikopteri tədarük ediləcək.

Qeyd edək ki, müharibənin doqquzuncu ayında döyüş meydanında istədiyi nailiyyətləri əldə edə bilməyən Rusiya bir müddətdir hava və raket hücumları ilə Ukrayna infrastrukturunu hədəfə alır.

Yusif Əli
XəzərNews.az


Xəbər 930 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +