Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


08.06.2020  11:54 

Bu ölkədə koronavirus xəstəsi qalmadı





A+  A-

Yeni Zelandiya hökuməti ölkədə bütün koronavirus xəstələrinin sağaldığını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Baş Nazir Casinda Ardern mətbuat konfransında açıqlama verib.

“Bu məsələ hələ bitməyib, ancaq bunun böyük bir uğur olduğunu inkar edə bilmərik. Yeni Zelandiyalılara təşəkkür edirəm”,- deyə Ardern bildirib.

Həmçinin Baş Nazir ölkənin COVID-19 tədbirləri və həyata keçiriləcək “1-ci səviyyəli tədbirlər” barədə də məlumat verib. Ölkədə aktiv koronavirus xəstələrinin olmaması səbəbindən COVID-19 tədbirlərinin “1-ci səviyyəyə” endirilməsi vaxtının gəldiyini bildirən Ardern “İş yerlərinizdə 1-ci səviyyəli tədbirlər altında işləmək istəyirsinizsə, buna indidən başlaya bilərsiniz”,- deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, Yeni Zelandiyada son 17 gündür ki, koronavirusa yeni yoluxma faktı qeydə alınmayıb. Ölkədə bu günə qədər 1 504 insan koronavirusa yoluxub, 22 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Xəbər 1775 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +