Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


27.04.2017  15:24 

Ebru və Rzaya daha bir ŞOK





A+  A-

Rza Zərrab və Ebru Gündeş villasında “Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qanununa” zidd işlər gördüyü iddiasıyla başlayan məhkəmə prosesi davam edir.
XəzərNews.az xəbər verir ki, baş tutan iclasda ABŞ-da həbsdə olan Zərrabın vəkili Tuğçe Yanarkol da iştirak edib.

Məhkəmədə əkiz villaların eks-sahibi danışaraq oranı ilk aldığında pis vəziyyətdə olduğunu, qanuna və tarixi binanın əslinə uyğun olaraq təmir etdirdiyini bildirib.

Rza Zərrabın ifadəsinin alınması üçün qərar qəbul edilib, Beynəlxalq Hüquq və Xarici İşlər Xidmətinə müraciət olunacağı barədə fikir bildirilib.

Bundan sonra, təmiri həyata keçirən Hakkı Süha Gökdemirin məhkəməsi baş tutub. Məhkəmə sonda villalara edilən dəyişiklərin sökülməsi barədə qərar qəbul edib. Buna, binanın xarici görünüşü, hovuz, lift və s. daxildir.

Xatırladaq ki, R.Zərrab 2011-ci ildə satın aldığı əkiz villaları Ebrunun adına alıb. İş adamı tarixi əsər olaraq qeydiyyatda olan malikanədə təmir işləri aparıb. Daha sonra araşdırma zamanı villalara lift qurlaşdırıldığı, binanın tamamilə dəyişdirildiyi məlum olub.

Bundan sonra Beykoz Prokurorluğu tərəfindən cinayət işi açılıb, cütlüyün 6 aydan 3 ilə qədər həbs olunması istənilib.

Xəbər 1474 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +