Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


15.04.2025  15:36 

Bu kollecdə tələbələrdən 350-500 manat pul alınır - İddia





A+  A-

Şəki Dövlət Regional Kolleci və onun rəhbərliyi barəsində ciddi iddialar səsləndirilib.

XəzərNews.az xəbər verir ki, bu iddialar uzun illər həmin təhsil ocağında çalışmış, pedaqoq, musiqiçi Yaqub Yusifovun Bakupost.az -a müraciətində yer alıb.

Onun bildirdiyinə görə, qədim təhsil ənənəsinə malik olan Şəki şəhərində yerləşən kollecdə hazırda təhsildən çox “rüşvət və özbaşınalıq” hökm sürür.

Şikayətçi bildirib ki, tələbələr semestr imtahanlarında müvəffəqiyyət qazanmaq üçün rüşvət verməyə məcbur edilir:

“Tələbələrdən hər semestr 350-500 manat arası pul alınır. Pul verməyənə qiymət yazılmır. Dərslərdə iştirak edən yoxdur, tədrisə münasibət isə faciəvidir”, – deyə o vurğulayıb.

Yaqub Yusifov kollecin direktoru Sərdar Şərifovun və dərs hissə müdiri Sevinc Abdurahmanovanın rəhbərliyi altında tədrisin tamamilə ikinci plana keçdiyini iddia edir.

O, rəhbərliyin rüşvətlə diplom verdiyini, dərs saatlarının qanunsuz azaldıldığını və şəxsən ona qarşı qərəzli münasibət göstərildiyini bildirib:

"Məni dərs saatlarımdan məhrum edib, 65 yaşımı bəhanə edərək müəllimlikdən uzaqlaşdırdılar. Daha sonra məktəbdə məni sadəcə piano sazlayan kimi təsdiq etdilər.
Bu, açıq-aşkar qisasçılıqdır".




Şikayətçi bildirib ki, o, vaxtilə Avropada fəaliyyət göstərib, Azərbaycanın xarici ölkələrdəki tədbirlərində iştirak edib. Xüsusilə də, 2020-ci ildə Moldovanın paytaxtı Kişinyovda Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə keçirilən tədbirdə ölkəni təmsil etdiyini kollecin direktoruna bildirsə də, bu fakt heç bir dəyər görməyib:

“Dəvətnaməyə baxıb masanın üstünə tulladı. Dedi, bu sənə lazımdır, mənə yox. Ən azından etik olaraq təşəkkür etməli idi. Bu davranış təhqiramiz və hörmətsiz yanaşmadır. Bu şəxsin arxasında kim dayanır ki, bu qədər cəsarətlə təhsili satır? Elm və Təhsil Nazirliyinin, Baş Prokurorluğun bu vəziyyətdən xəbəri yoxdurmu?”

O, məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciət ünvanlayacağını və bu halların araşdırılmasını tələb edəcəyini bildirib.

Məsələ ilə bağlı Şəki Dövlət Regional Kolleci ilə əlaqə saxladıq. Kollecdən Bakupost.az -a bildirildi ki, səslənən iddialarla razılaşmırlar.

“Biz həmin şəxsi 65 yaşı bitdikdən sonra da humanistlik edib işdə saxladıq. Müddətli əmək müqaviləsi ilə 5 il müddətinə işlə təmin etdik.70 yaşı bitdikdən sonra isə müqavilə bağlamadıq”.

Xəbər 1319 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +