Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


11.05.2023  10:35 

Sərhəddəki təxribatları Rusiya törədir? - Açıqlama





A+  A-

“Sərhəddə baş verənlər birmənalı olaraq Moskva tərəfindən təşkil olunmuş təxribatlardır. Çünki 3 gündən sonra, mayın 14-də Brüsseldə keçiriləcək görüş ilə yanaşı ayın 19-da Ararat Mirzoyan ilə Ceyhun Bayramov arasındakı görüşü əngəlləmək üçün Rusiya sərhəddə belə təxribatlar törədir”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, bu gün səhər saatlarından başlayaraq, Ermənistan ordusunun Kəlbəcər-Basarkeçər istiqamətində dövlət sərhədi boyunca atəşkəsi pozması faktına münasibət bildirib.

Polkovnikə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi deyir ki, onlar bu təxribatların marağında deyil:

“Onda sual olunur ki, əgər Ermənistan ordusuna kənardan təsir göstərilmə imkanı varsa, onda bunun adı nədir? Bu təxribatın sırf Moskva tərəfindən törədilməsinə əminəm. Ona görə ki, dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi də görüşlə bağlı danışdı. Aydın məsələdir ki, Brüssel görüşündən əvvəl Kremlin “canfəşanlıq” etməsi, o cümlədən Qarabağdakı rus sülhməramlılarının komandanı general-polkovnik Aleksandr Lenstovun Bakıdan əliboş getməsi, eləcə də İlham Əliyevin Moskvadakı paradda iştirak etməməsi, habelə digər faktorlar Rusiyanı bu təxribatı törətməyə sövq etdirdi. Buna zərrə qədər şübhə etmirəm”.

Ü. Cəfərov əmin edib ki, Nikol Paşinyanı gülünc vəziyyətə salmaq üçün Ermənistanın Moskvadakı ağaları bu təxribatı ona görə təşkil etdilər ki, erməni general Yuri Xaçaturovun oğlu Qriqori Xaçaturovun oğluna məhkəmə tərəfindən bəraət verildi:

“Hansı ki, Xaçaturov da birbaşa Moskvaya bağlı olan şəxsdir. Ruslar həm Paşinyanı növbəti dəfə çıxılmaz vəziyyətə salmaq, həm Brüssel danışıqlarının baş tutmaması, həm də Moskva görüşünün reallaşdırılması üçün təşkil olunmuş təxribatdır”.

“Təəssüflər olsun ki, hərbi qulluqçumuzun vəziyyəti çox kritikdir, başından ağır güllə yarası alıb. Ermənistan da artıq etiraf edir ki, itkiləri var və 3 nəfər yaralanıb. Mən kamikadze dronlarının olması məsələsinə inanmıram, çünki belə olsaydı, Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayardı. Amma ermənilər ağır silahlardan, minaatanlardan, pulemyotlardan istifadə edir. Ola bilsin ki, artilleriya zərbələri də var. Yaxın saatlarda biz vəziyyətlə bağlı dəqiq məlumat əldə edəndən sonra nə isə deyə bilərik”, – müsahibimiz fikirlərini tamamlayıb.

Xəbər 2647 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +