Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir
İş adamı qəzada həyatını itirdi


11.07.2023  14:03 

Deputatın yaxınları milyonlarla borcunu niyə ödəmir?





A+  A-

Millət vəkili İqbal Məmmədova məxsus olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi (VÖEN- 1600019501) uzun illərdir dövlət büdcəsinə olan böyük həcmdə vergi borcunu ödəmir.

Hazırda (11.07.2023) millət vəkilinə məxsus şirkətin dövlət büdcəsinə 9 milyon 390 min 752 manat 64 qəpik vergi borcu var.

Qeyd edək ki, ötən ilin yanvar ayında “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçisi Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə İqbal Məmmədov olub.

Onu da bildirək ki, İqbal Məmmədova bağlılığı olan digər şirkətlərin də dövlət büdcəsinə vergi borcları var.
Lerik rayonu ərazisində fəaliyyət göstərən “Relax” istirahət mərkəzini idarə edən “Relax Lerik” MMC –nin (VÖEN – 6300539991) dövlət büdcəsinə 26 min 464 manat 19 qəpik vergi borcu var.

“Relax Lerik” MMC-yə daha əvvəl İqbal Məmmədovun qardaşı Çingiz Məmmədov rəhbərlik edib. 2019-cu ildə “Relax” istirahət mərkəzində Vergi İdarəsinin əməkdaşlarına qarşı fiziki güc tətbiq etdikləri üçün İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu Orxan Nərimanlı həbs olunublar.

Bundan başqa Lerik rayonunun Piran kəndində fəaliyyət göstərən “Lerik Broyler” MMC-nin (VÖEN – 6300158201) dövlət büdcəsinə 84 min 553 manat 20 qəpik vergi borcu var. 2010-cu ildə dövlət qeydiyyatına alınan “Lerik Broyler” MMC-yə hazırda millət vəkilinin qardaşı oğlu Orxan Nərimanlı rəhbərlik edir./Yeniavaz.com

Xəbər 3038 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +