İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


20.02.2019  12:46 

Prezidentin tənqidindən niyə nəticə çıxarılmır? - Bakıdan uçuşlar Tbilisidən 3 dəfə bahadır





A+  A-

Bakıdan təyyarə uçuşlarının qiymətinin yüksək olması, artıq bu sahə ilə birbaşa əlaqəsi olmayan ekspertlərin də diqqətini cəlb edir
İnformasiya texnologiyaları sahəsində tanınmış ekspert Osman Gündüz Macarıstanın Wizz Air şirkəti ilə Bakıdan və Tbilisidən Budapeştə uçuşların qiymətini müqayisə edib.

XəzərNews.az xəbər verir ki, Bakıdan uçuş qiymətinin həddən artıq baha olduğunu bildirən ekspert hökumətə sual edir ki, "bizə nə məsləhət görürsünüz, Avropaya hansı şəhərdən uçaq?".

Ekspert yazır:

Nə üçün vətəndaşlarımız xarici səfər üçün Gürcüstan üzərindən uçuşlara üstünlük verirlər ?
Son zamanlarda bir neçə dəfə Bakıdan Wizz Air aviaşirkəti ilə Budapeştə uçmuşam.
Dünən qısa bir araşdırma aparmaqla nə qədər doğru olmayan bir seçim etməyimə təəssüflənirəm.

Səbəb :

1. Wizz Air vasitəsilə Bakı – Budapeşt istiqamətində mart ayında olacaq uçuşun gediş və dönüş qiyməti ~540 euro

2. Wizz Air vasitəsilə Kutaisi – Budapeşt istiqamətində uçuşun gediş və dönüş qiyməti ~150 euro

Nə üçün qiymətlər 3 dəfədən çox fərq etməlidir?

Xatırlayıram ki bir neçə il öncə Prezident AZAL-ı dövlətdən yetərincə dəstək almasına, yanacağın bizdə istehsal olunmasına, bütün zəruri subsidiyaların bu quruma edilməsinə baxmayaraq bahalı qiymət siyasətinə görə sərt tənqid etmişdi.

Belə görünür ki, tənqiddən sonra bir müddət qiymətlər endirilsə də sonradan yenə də öz bildiklərini ediblər.

Ümumiyyətlə , müşahidələr göstərir ki, bizim Hava Limanınız nə qədər müasir görsənsə də, müxtəlif imkanlar və xidmətlər təqdim edilsə də və servislər keyfiyyətli olsa da AZAL hədsiz baha qiymət siyasəti yürüdür.

Qiymətləri endirmək üçün zəruri olan addımları atmır, yeni aviaşirkətlər cəlb edilmir.

Güman ki Hava Limanının bahalı xidmətlərindən istifadə edən aviaşirkətlərə həm də birgə uçuş layihəsi təqdim olunur ki nəticədə qiymətlər bu dərəcədə fantastik həddə çatır.

Gürcüsatnda isə tam fərqlidir. Əlavə aviaşirkətlər cəlb etməklə, hava limanında təqdim edilən servislərin qiymətlərini endirməklə , rəqabətli mühit yaratmaqla daha çevik qiymət siyasəti yürüdürlər.

Gürcüstanın hava uçuşlarından əldə etdikləri vəsaitin 30%-nin bizim vətəndaşlarımız hesabına olduğu bildirilir.

Maraq üçün baxıram ki Gürcüstandan dünyanın ən uzaq ölkələrinə olan hava uçuşlarının qiymətləri Bakıdan təklif edildiyindən bir neçə dəfə azdır.

Düşünürəm ki hökumət , müvafiq qurumlar Prezidentin ötən dəfə verdiyi tapşırıqlarının icrasını nəzarətə götürməlidirlər.

Bu tapşırıqların nə üçün icra edilmədiyini yoxlamalıdırlar və sərt tədbirlər görülməlidir. Bu, turizmin inkişafına da kömək etmiş olardı.

Belə görünür ki, AZAL-ın bahalı təyyarələr alması, bahalı infrastruktur siyasəti, dövlətdən böyük vəsaitlər alması sonda qiymət endiriminə maraq yaratmır.

Fikrimcə son dövrlərdə aparılan optimallaşdırma və idarəetmənin təkmilləşdirilməsi istiqamətində AZAL-da da rəqabətli mühitin formalaşdırılması üçün tədbirlərin həyata keçirilməsi faydalı olardı.

p.s. Maraqlıdır, belə bir vəziyyətdə, hökumətimiz öz vətəndaşına haradan uçmağı tövsiyyə edərdi?

Xəbər 2911 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +