Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir
İş adamı qəzada həyatını itirdi


13.12.2017  13:56 

Azərbaycanda meyitdən xəstələrə orqanlar köçürüləcək - RƏSMİ





A+  A-

"Hazırda dövlət tərəfindən meyitdən orqan köçürülməsi konsepsiyası üzərində iş aparılır”.
XəzərNews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə, donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir.

"Azərbaycanda əsasən, canlı qohum donorlarından istifadə olunur. Donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyasını icra etmişik. Xəstələr öz aralarında qan qrupları uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir. Bu il 1 cütə belə əməliyyat icra olunub. 3 cüt də hazırlaşır və yəqin ki, gələn il də onlar əməliyyat olunacaqlar".

M.Kazımi bildirib ki, Qazaxıstandan 1 nəfər, Gürcüstandan isə 9 nəfər böyrək və qaraciyər transplantasiyası üçün onlara müraciət edib.

Onun sözlrəinə görə, bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9-na qaraciyər köçürülüb.

Xəbər 2891 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +