Müştəriyə yersiz təklif edən taksi sürücüsü saxlanıldı
İcra başçısı qadın müavinini işdən çıxartdı
Qazilər dərmansız qalıb – TƏBİB sənədləşmə adı altında...
DİN vətəndaşlara xəbərdarlıq etdi
Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
İtkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb
Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə... - Prezident
Rəhbərin ölkədən çıxışına “stop” qoyuldu
Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi


02.09.2024  12:36 

Direktor katibəsinin porno görüntülərini yayıb - Astaradakı olayın DETALLARI





A+  A-

Xəbər verdiyimiz kimi, F.Əliyarov adına Astara şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi Halik Əli oğlu Nəcəfov tərəfindən bıçaqlanıb.

Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Astara rayonun “Gənc Alimlər” təşkilatından qətlin təfərrüatları açıqlanıb.

Məlumata görə, direktor, bir neçə ay öncə, öz katibəsinin montaj edilmiş görüntülərini yayıb:

“Material, saxta olsa belə, qadının nüfuzunun sarsılmasına səbəb olub və bıçaqlanma faktına gətirib çıxaran əsas amil də, bu, olub. Məhz bu porno şantaj hadisəsindən sonra, katibə Validə Məmmədova ağır psixoloji-sarsıntı keçirib, səhhəti pozulub və 16 aprel 2024-cü ildə Ülviyyə Bayramovanın tələbini qəbul edərək, işdən çıxmağa məcbur qalıb”.

“Gənc Alimlər” təşkilatından verilən digər məlumata görə, tərəflər arasında mübahisə məhkəməyə qədər uzanıb. Avqustun 27-də isə Astara Rayon Məhkəməsi Ülviyyə Bayramovanın xeyrinə qərar çıxarıb. Nəticədə, katibənin həyat yoldaşı, məktəbin gözətçisi işləyən Nəcəfov Halik Əli oğlu, affekt vəziyyətinə düşüb və 2024-cü il sentyabrın 1-də məktəbdə olarkən, direktor Ülviyyə Bayramovaya münaqişə zəminində bıçaqla xəsarət yetirib.

Direktor, Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımdan alandan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hələki onun sağlıq durumu barədə dəqiq məlumat verilmir.

Xəbər 6143 dəfə oxunub.



24.06.2025  12:19 

Məktəbli formaları dəyişəcək?

24.06.2025  11:42 

İsrail hava məkanını açdı

24.06.2025  10:37 

Tramp yalan danışır?

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”


BÜTÜN XƏBƏRLƏR +