Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


25.07.2018  09:57 

“Ağıllı şəhər”ə 81 milyard xərclənəcək





A+  A-

"IDC" analitik şirkəti "ağıllı şəhər" layihələrinin həyata keçirilməsi üçün qoyulan investisiyaların təxminən iki dəfə artımını proqnozlaşdırır. Gözləntilərə görə, 2018-ci ildə dünyada "ağıllı" şəhər infrastrukturunun yaradılması təşəbbüslərinə 81 milyarddan çox ABŞ dolları xərclənəcək, 2022-ci ildə bu məqsədlər üçün qlobal xərclər 158 milyard dollara yaxınlaşacaq.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, coğrafi baxımdan Çin və Yaponiyanın daxil olduğu Asiya-Sakit okean regionu "ağıllı şəhər" texnologiyalarının tətbiqinə ən böyük töhfə verəcək. Əhəmiyyətinə görə Amerika ikinci, Avropa, Yaxın Şərq və Afrika isə üçüncü region olacaq.

ABŞ "ağıllı şəhər" proqramlarına yatırımlar üzrə lider ölkə olacaq: 2018-ci ildə ABŞ müvafiq layihələrə 23 milyard dollardan çox vəsait xərcləyəcək. Çin ikinci yeri tutacaq.

Meqapolislər arasında Sinqapur, Tokio, Nyu-York, London və Şanxay "ağıllı" şəhər infrastrukturunun tikintisinə daha çox investisiya qoyacaq.

Xəbər 2977 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +