Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


29.03.2017  11:16 

Tanınmış iş adamı tutuldu - Rza Zərrabla bağlı





A+  A-

Ötən il Mayamidə həbs edilən, Azərbaycan əsilli Rza Zərrabla bağlı aparılan araşdırma çərçivəsində daha bir iş adamı saxlanılıb.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, həbs edilən şəxs Türkiyədə böyük nüfuza malik olan “Halkbank”ın Beynəlxalq Bankçılıq üzrə məsul direktorunun müavini Mehmet Hakan Atilladır. Bank Hakan Atillanın ABŞ-da saxlanıldığı haqda məlumat yaysa da, təfərrüatları açıqlamayıb.

Lakin bir çox türk mediasında yer alan xəbərlərdə qeyd edilir ki, Nyu-Yorkda hava limanında saxlanılan Hakan Atilla Rza Zərraba bank hesabları ilə oynamaqda və “çirkli pullar”ın yuyulması məsələlərində kömək etməkdə günahlandırılır. Bank rəsminin saxlanılması barədə açıqlama verən Nyu-York Baş Prokurorluğu direktor müavininin saxlanıldığı gün ərzində hakim qarşısına çıxarılacağını bildirib. O da qeyd edilir ki, prokurorluq onun 50 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. “Hürriyyet” nəşrinin Nyu-Yorkdakı nümayəndəsi Razi Canikligil isə şəxsi tvitter hesabında Hakan Atillanın Rza Zərrabın olduğu Manhetten həbsxanasına köçürüldüyünü bildirib.

Xəbər 2920 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +