Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


13.12.2023  09:49 

Tutaq ki, kimsə real namizəddir, guya nə baş verəcək?





A+  A-

İki aydan sonra Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Gələn il fevralın 7-nə nəzərdə tutulan seçkilərdə namizədlərin kimliyi hələlik bəlli olmasa da, bəzi ehtimallar irəli sürülür.

Buna görə də məsələylə bağlı ADP sədri Sərdar Cəlaloğluna müraciət etdik.

Xəzərnews.az xəbər verir ki, konkret.Az-ın suallarını cavablandıran partiya sədri bildirdi ki, növbədənkənar prezident seçkilərinin elan edilməsi onun üçün gözlənilməz olub:

“Çünki cəmiyyətdə daha çox referendum və növbədənkənar parlament seçkilərilə bağlı fikir dolaşırdı. Ona görə də heç kəs prezident seçkiləri haqqında düşünmürdü. Birdən-birə, qəflətən prezident seçkilərinin gündəmə gəlməsi hamını seytnota saldı. Çox az vaxt var, düşünürəm ki, sırf normal proses olacaq. Partiyamızda bu məsələ ilə bağlı hələlik bir qərar yoxdur. Açığı, seçkilərdə namizəd olmaq fikirində deyiləm. Amma partiya üzvləri yapışıblar ki, yox, iştirak etməlisən”.

Daha sonra seçkilərdə namizədlərin kimiliyi ilə bağlı məsələyə toxunan partiya sədri bildirib ki, istənilən adam alternativ ola bilər: “Burada hər şeyi xalq müəyyən edir. Tutaq ki, kimsə real namizəddir, guya nə baş verəcək? Real namizəd niyə görmürəm? Azərbaycanda real namizədlər çoxdur. Bunlar İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseynli, Mirmahmud bəydir. Amma bunlardan kimlərin namizədliyini verəcəyini deyə bilmərəm. Sən axı real namizəd nəyə deyirsən?”.

Xəbər 3738 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +