Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?
HƏMAS bir İsrail əsgərini əsirlikdən azad etdi
Zelenski Putindən başqa heç kəslə görüşməyəcək
Bank kartlarından 9 min manata yaxın pul oğurlanıb


24.11.2023  16:59 

“Nar” sosial məsuliyyətli biznes modelini ADA-da təqdim etdi - FOTO





A+  A-

Həyata keçirdiyi davamlı və faydalı layihələri ilə cəmiyyətə töfhə verən “Nar” zəngin korporativ sosial məsuliyyət (KSM) təcrübəsini ADA Universitetinin tələbələri ilə bölüşdü.

Təqdimat “Nar”ın KSM strategiyasının müəllifi, Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov tərəfindən keçirildi.

Təqdimatda bizneslərin sosial məsuliyyəti mənimsəməsi, KSM strategiyasının yaradılması, müsbət fərq yaradan sosial layihələrin icrası və onların davamlılığının təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Uğurlu model olaraq, “Nar”ın KSM strategiyasının əsas istiqamətləri – fiziki məhdudiyyətli şəxslərə dəstək, təhsilə və maarif və milli ənənələrin yaşadılması yönündə həyata keçirilən layihələr haqqında geniş məlumat verilib.

Xatırladaq ki, bir neçə ay öncə “Nar”ın “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az” sosial layihəsi dünya üzrə ilin ən yaxşı KSM layihəsi kimi mükafata layiq görülmüşdü. Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Qızıl Dünya Mükafatı”na layiq görülən “Nar” bənzər mükafata 2019-cu ildə fiziki məhdudiyyətli şəxslər üçün keçirdiyi “Təlim məktəbi” sosial layihəsi ilə layiq görülmüşdü.

Cəmiyyətə faydalı və eləcə də, qlobal miqyasda tanınan sosial layihələri həyata keçirən “Nar”ın məqsədi həm də uğurlu KSM təcrübəsini gələcəyin biznes idarəedicilərinə tanıtmaq, onları sosial məsuliyyətli biznes strategiyası qurmağa təşviq etməkdir. Korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirilən layihələrlə nar.az/projects səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





Xəbər 1383 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +