Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


27.01.2024  17:01 

Şəhid ailələrindən çəkiliş üçün pul istəyənə hökm oxundu





A+  A-

Dələduzluqda təqsirləndirilən “İnform Xəbər TV” “YouTube” kanalının rəhbəri, 1971-ci il təvəllüdlü Azər Kazımova hökm oxunub.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qax Rayon Məhkəməsi Azər Kazımovu Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilib.

Məhkəmə A.Kazımovun 4 sentyabr 2023-cü ildən 18 yanvar 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanılmasını nəzərə alaraq 2 il 3 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası verib. Onun üzərinə elektron qolbaq taxılıb.

Qeyd edək ki, Azər Kazımov jurnalist və TV rəhbəri olduğunu bildirərək Şəhla adlı qadından şəhidlər barəsində kitab çap etdirəcəyini deyərək 7 min manat pul alıb. Lakin o, vədinə əməl etməyərək vəsaiti ələ keçirib.

Daha əvvəl də A.Kazımov barəsində şəhidlərlə bağlı materialların hazırlanması ilə bağlı onların ailələrindən pul alması barədə məlumatlar ictimailəşib.

Həmçinin məlum olub ki, Azər Kazımovun bacısı Məxluqə Yusifova Azərbaycanın ilk şəhidlərindəndir.


Xəbər 2738 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +