Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir


30.11.2021  13:15 

Küçədə döyüldü, xəstəxanada öldü





A+  A-

Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə noyabrın 27-də saat 23 radələrində Zabrat qəsəbə sakini Məhəmməd Əliyevin döyülməsi nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

XəzərNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla onun həmin gün Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini R.Əzimov tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyənləşdirilib.

Həkimlərin səyinə baxmayaraq M.Əliyev noyabrın 29-da xəstəxanada ölüb.

Bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Əzimov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər 2946 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +