Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir


12.04.2021  09:22 

Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi





A+  A-

Bakıda ustanın maşını düzgün düzəltmədiyini deyən şəxs onun evinə atəş açıb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə aprelin 11-i gecə saat 12 radələrində Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının həyətində baş verib.

Belə ki, həmin binada yaşayan Ağdam rayon sakini İxtiyar adlı usta Binəqədi rayon sakini Etibar Əlizadənin avtomobilini təmir edib. Dünən E. Əlizadə maşını düzgün düzəltmədiyini deyərək ustanın arxasınca yaşadığı əraziyə gəlib. Orada onun qarşısına İxtiyarın qardaşının xanımı çıxıb. E. Əlizadə qadının üzərinə gedərək İxtiyarın maşını düzəltməsini tələb edib və onların evinə tərəf atəş açıb.

Əvvəllər də məhkum olunmuş E. Əlizadə hadisə yerinə qardaşına məxsus “Chevrolet” markalı avtomobillə gəlib. Hadisə yerindən uzaqlaşdıqdan sonra idarəetməni itirərək qəza törədib. E.Əlizadə polis əməkdaşları tərəfindən saxlanılıb və üzərində atəş açdığı tapança və 7 patron aşkar edilərək götürülüb.

Qeyd edək ki, sözügedən binada bir çox məcburi köçkün dövlət tərəfindən məskunlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3541 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +