Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir


18.02.2021  16:48 

“Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb





A+  A-

Bu gün dövlət və özəl müəssisələrin iştirakı ilə "Əlilliyi olan şəxslərin məşğulluğu: İşəgötürənlərin təcrübəsi" adlı virtual dairəvi masa keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən icra edilən "Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının Təmin Edilməsi" layihəsi çərçivəsində baş tutub.
Əsas KSM istiqamətlərindən biri də fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası olan “Nar” onlayn tədbir zamanı bu sahə üzrə mövcud təcrübəsini bölüşüb. Mobil operator tərəfindən həyata keçirilən “Təlim məktəbi” layihəsi çərçivəsində paytaxt və regionlardan olan 150-dək fiziki məhdudiyyətli şəxs peşə təlimlərini başa vurmuşdur.

Qeyd edək ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi və bu barədə məlumatlılığın artırılması üçün ölkədə özəl və dövlət müəssisələri arasında qabaqcıl təcrübə paylaşımını təmin etmək olub.

Xəbər 3850 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +