Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir


12.02.2021  18:12 

Azərbaycanda vurulan vaksin tam təhlükəsizdir - Amerikalı alim





A+  A-

Bir aydır ki, Azərbaycanda Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi ilə koronavirusa qarşı peyvəndlənmə kampaniyası başlayıb. Bununla belə ölkə ictimaiyyətində vaksinasiyaya və xüsusilə peyvəndlərin təhlükəsizliyinə dair skeptik yanaşma müşahidə olunur. Bəs “CoronaVac” digər peyvəndlərlə müqayisədə nə qədər təhlükəsizdir?
XəzərNews.az xəbər verir ki, amerikalı bioinformatika və molekulyar biologiya alimi, “Elsevier” elmi nəşrinin peşəkar xidmətlər departamentinin direktoru Anton Yuryev Çin peyvəndlərinin hazırlanma texnologiyası və təhlükəsizliyi barədə suallara “haqqin.az”a müsahibəsində aydınlıq gətirib.

O, “İnsanları əsas maraqlandıran sual “CoronaVac” vaksinlərinin təhlükəsizliyidir. Hazırda dünyada müxtəlif texnologiyalar əsasında hazırlanan 5-6 vaksin tətbiq olunur. Çin preparatı haqqında nə deyə bilərsiniz?” sualına cavabında bildirib ki, sözügedən peyvənd daha təhlükəsiz sayılan inaktiv vaksinlər qrupuna aiddir: “Bu texnologiya ilə mikrob hissəcikləri, indiki halda “SARS-CoV-2” virusunun hissəcikləri yetişdirilir, daha sonra onlar kimyəvi və termal üsullarla öldürülür, yəni inaktiv hala gətirilir. Burada təhlükəsizlik virusun nə dərəcədə düzgün inaktiv hala gətirilməsindən asılıdır. Müsbət tərəf ondadır ki, virusların öldürülməsi yaxşı öyrənilmiş və sınaqdan keçmiş texnologiyadır. Digər üsullarla hazırlanan vaksinlər, məsələn RNK-vaksinləri də təhlükəsiz ola bilər, ancaq bunu hələ heç kim dəqiq bilmir. Yeni texnologiya ilə hazırlanan vaksinlər böyük sayda insanlarda tətbiq olunmayıb, bu səbəbdən böyük risklər daşımaqdadır.

İnaktiv vaksinlərin riskləri isə məlumdur – bu peyvəndin istehsal keyfiyyətidir. İstənilən öldürülmüş virus inaktiv olunmuş sayılır. Ancaq hər hansı bir səbəbdən virus tam öldürülməsə, o adi virus kimi yoluxucu ola bilər. Yəni istehsal keyfiyyətindən asılı risklər olsada texnologiyanın özündə risk yoxdur”.

Alim insanların koronavirusdan qorunmasında peyvəndlənmənin vacib olduğunu ifadə edib: “Mütləq peyvənd olunmaq lazımdır. Azərbaycanda tətbiq olunmağa başlayan peyvəndlər öldürülmüş virusdan hazırlanıb, yəni təhlükəsizdir. RNK-vaksinlərin isə təhlükəsiz olub-olmadığına dair sübutlar yoxdur. Hər şey növbəti yarım ildə məlum olacaq. Və əlbəttə ki, bütün ehtiyat tədbirlərinə əməl etmək lazımdır, xüsusilə qapalı məkanlarda”.

Xəbər 4342 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +