Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


12.01.2021  18:26 

Bu qaymaqlar normalara cavab vermir





A+  A-

“İtalika Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İtaliyadan ölkəmizə idxal olunan “Hopla” əmtəə nişanlı qaymaq məhsulundan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə edilib.
XəzərNews.az xəbər verir ki, aparılan müayinələr nəticəsində qaymaq məhsulunda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.

Bununla bağlı olaraq istifadəyə yararsız “Hopla” əmtəə nişanlı 0.5 litrlik qablaşdırmada, ümumi çəkisi 4572 kq olan məhsul partiyası “Təhlükəli Tullantılar” poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Xəbər 3428 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +