Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir


01.07.2019  13:20 

Polisi vuranın sürücülük vəsiqəsi yox imiş





A+  A-

Şirvan şəhərində xidmətdə olan polisi vuran sürücü ilə bağlı cinayət işi başlanılıb.
XəzərNews.az-ın xəbərinə görə, DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə iyunun 30-da baş verib. Yol-nəqliyyat hadisəsi baş verən əraziyə gələn Dövlət Yol Polisi əməkdaşı, serjant Toğrul Babayev həmin yoldan keçən 52 BK 773 dövlət nömrə nişanlı “VAZ 2107” avtomobil tərəfindən vurulub. Müəyyən edilib ki, “VAZ 2107”-ni idarə edən Salyan rayon sakini, Heydərov Emil Bəylər oğlu 1-ci qrup əlildir və sürücülük vəsiqəsi yoxdur. E.Heydərov bundan öncə avtomobili həmişə İkinci Varlı kəndi ərazisində sürüb. Dünən isə rayon mərkəzinə getmək üçün əsas yola çıxıb.

Qəza nəticəsində T.Babayevin hər iki bud sümüyü sınıb. Şirvan Mərkəzi Xəstəxanasında bildirilib ki, T.Babayev hazırda reanimasiyadadır.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər 3027 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +