Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


12.02.2019  12:38 

“İndidən bazarlarda qiymətlər qalxıb” - Deputat





A+  A-

Deputat Əli Məsimli ölkədə minimum əməkhaqqının qaldırılmasından sonra bəzi işbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımının baş verməsindən narahatlığını dilə gətirib.
XəzərNews.az xəbər verir ki, deputat əvvəlcə minimum əməkhaqqının artırılması məsələsini müsbət qiymətləndirib: “Bu əməkhaqqı hələ martın 1-dən tətbiq ediləcək. Ancaq indidən bazarlarda ərzaq, xüsusilə də, süd məhsullarının qiyməti qalxıb. Gələn ay Novruz bayramı olacaq. Bu ərəfədə də işbazlar qiymət qaldıra bilərlər. Artıq bunun işartıları görünür. Ona görə də aidiyyatı strukturlar bu məsələni diqqətdə saxlamalıdırlar”.

Millət vəkili Vahid Əhmədov isə çıxışında banklar və problemli kreditlər məsələsini qaldırıb. O qeyd edib ki, bu gün məhkəmələrdə kreditlərlə bağlı 200 mindən artıq iş var: “Bunların da böyük əksəriyyəti dollar kreditləri ilə bağlıdır. Prezident əmanətlərin tam sığortalanması haqqında qanunun müddətini bir il uzatdı. Mən çox istərdim ki, cənab prezident bu məsələni də nəzarətinə götürüb, problemin həlli üçün qərar verərdi”.

Xəbər 3023 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +