Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


06.02.2019  15:38 

İqbal Ağazadəyə qarşı dələduzluq olub





A+  A-

“Ümid” partiyasının sədri, sabiq deputat İqbal Ağazadəyə 50 min manatdan çox pul “atmaqda” ittiham olunan Sərməs Tağıyevin məhkəməsi başlayır.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, S. Tağıyevin növbəti cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Rahib Salmanovun sədrliyi ilə keçiriləcək. İlkin hazırlıq iclası fevralın 18-də olacaq.

S. Tağıyev daha öncə də müxtəlif şəxslərə qarşı dələduzluq edib və Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib, lakin apellyasiya instansiyası ona şərti cəza verərək azadlığa buraxıb.

İ. Ağazadə rəsmi olaraq zərərçəkmiş kimi tanınsa da, “Qafqazinfo”ya açıqlamasında bu məhkəmənin ona aidiyyatı olmadığını və proseslərə getməyəcəyini bildirib.

Xəbər 2767 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +