Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


05.02.2018  12:54 

Ailə qurmağa hazırlaşan gəncin FACİƏSİ





A+  A-

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.
XəzərNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gecə saat 00:30 radələrində Yevlax-Zaqatala-Gürcustan sərhəd yolunun Zaqatala şəhəri ərazisində keçən hissəsində baş verib.

Zaqatala şəhər sakini, 1983-cü il təvəllüdlü Əhməd Nizami oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı, 10-ZS-062 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol ayrıcındakı beton maneəyə çırpıb.
Qəza nəticəsində Əhməd Həsənov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, Əhməd Həsənov Rusiyada bizneslə məşğul olub. Bir neçə gün əvvəl ailə qurmaq məqsədi ilə doğulduğu Zaqatala şəhərinə gəlib. Hadisə baş verən gün isə mərhumun nişan mərasimi olub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər 3004 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +