Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?
FHN-ə işə düzəltmə adı ilə daha bir dələduzluq edilib


20.01.2018  13:32 

Bakıda maşın oğruları tutuldu





A+  A-

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edənBakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Azər Salayev olması müəyyən edilib.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumatlar daxil olub.

Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin “VAZ-21074” markalı avtomobillərin qaçırılmaları müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb.

Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması müəyyən edilib.

Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.

Xəbər 3072 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +