Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


19.05.2025  12:19 

Sektor silkələnir, İKTA susur - Ekspert





A+  A-

"Azərbaycanın telekommunikasiya sahəsində tarixi dəyişikliklər baş verir. 140 illik tarixə malik dövlət operatorları ömrünü başa vurur, böyük operatorlar kiçik operatorları bir-bir udur".

XəzərNews.az xəbər verir ki, bu açıqlama ilə ekspert Osman Gündüz çıxış edib.

O.Gündüz bildirib ki, sektorda dövlətə məxsus vahid bir milli telekommunikasiya operatoru yaranıb:

"Eyni zamanda "Onlayn Azərbaycan" layihəsinin yekunu olaraq dövlətə məxsus olan nəhəng bir telekommunikasiya şəbəkəsi formalaşıb. Görünən odur ki sektorda ciddi təmərküzləşmə prosesləri gedir. Qısa bir zaman kəsiyində telekommunikasiya və internet bazarında dövlətin xüsusi çəkisi hədsiz yüksəlib. Görəsən bu birləşmələr, sektorun təmərküzləşməsi rəqabətə, inkişafa necə təsir edəcək, telekom və internet bazarının inkişafı necə olacaq?"

Ekspert bildirib ki, özəl provayderlərin bir-bir bazarda "əriməsi", fəaliyyətini dayandırması prosesləri artıq başlayıb:

"Amma sektoru tənzimləməli olan qurum – İKTA sanki mövcud deyil. Nə rəy var, nə açıqlama, nə də özəllərə yönəlik bir mesaj. Sanki belə böyük struktur dəyişiklikləri bu ölkədə baş vermir".

Zəhra
XəzərNews.az


Xəbər 2304 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +