Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


25.06.2024  11:23 

Təbrizlilər Xameneinin nümayəndəsini qarşılamadılar





A+  A-

Prezidentliyə namizəd və İran rəhbəri Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili iyunun 23-də Təbrizə səfər edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hökumətin yerli idarələrinin səylərinə və bir neçə gün əvvəldən başlayan hazırlıqlarına baxmayaraq, Cəlilinin qarşılanma mərasimi sönük keçib.

Təbrizin "Şəhid Mədəni" hava limanında Səid Cəlili Təbriz Şəhər Şurasının üzvü, onun seçki qərargahının Təbrizdəki nümayəndəsi Ruhullah Rəşidi və az sayda qrup tərəfindən qarşılanıb.

Təbrizli sosial media istifadəçiləri Cəlilinin qarşılanma mərasimini əks etdirən fotolar paylaşaraq, bunu təbrizlilərin prezident seçkilərinə reaksiyası adlandırıblar.

Bunu İranın bir sıra media orqanları, o cümlədən "Serat News"də etiraf edərək "Cəlili Təbrizdə qarşılanmadı" başlığı ilə manşetə çıxarıb.

Qeyd edək ki, azərbaycanlı namizəd Məsud Pezeşkian iyunun 26-da Təbrizə səfər edəcək./GünazTV


Xəbər 14117 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +