Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


25.04.2025  11:31 

Plastik cərrah Gülsüm Əliyeva ilə bağlı... - Şikayət





A+  A-

Jurnalist Qənirə Ataşovanın ifşa etdiyi saxta plastik cərrah Gülşüm Əliyevanın (Gül ƏLiyeva) əməliyyatının qurbanları artmaqdadır. Zərərçəkənlərdən biri lisenziyasız fəaliyyət göstərən plastik cərrahın cəzalandırılmasını tələb edir.

XəzərNews.az xəbər verir ki, bu barədə zərərçəkən Zarina Minaçkovskaya Feysbuk sosial şəbəkə hesabında yazıb. O bildirib ki, lisenziyasız estetik əməliyyatlar edən Gülsüm Əliyeva onu 10 aydır əziyyətə salıb

Zərərçəkən Zarina Minaçkovskaya VMR Estetik Klinika və Gülsüm Əliyevanı qanunsuz tibbi fəaliyyətdə və fırıldaqçılıqda ittiham edir. 1985-ci il təvəllüdlü Minaçkovskaya Zarina Viktorovna iddia edir ki, Bakıda yerləşən “VMR Estetik Klinika”da həkim diplomu və lisenziyası olmayan şəxs – Gülsüm Əliyeva tərəfindən ona cərrahi müdaxilə olunub. Zərərçəkənin sözlərinə görə, əməliyyatdan sonra 10 aya yaxındır ki, ayağında ciddi iltihab, ağrılar və daimi axıntı müşahidə olunur.

Zarina Minaçkovskaya bildirir ki, Gülsüm Əliyeva ictimaiyyəti və jurnalistləri aldatmağa çalışaraq onun guya sağaldığını və əməliyyatla bağlı bütün xərclərin ödəndiyini iddia edib. Halbuki, Minaçkovskayanın sözlərinə görə, bu tamamilə yalandır:

“Əməliyyat üçün pulu şəxsi bank kartına göndərməyimizi tələb edirdi. Heç bir vergi sənədi təqdim olunmadı. İndi isə mənə təzyiq göstərir ki, sosial şəbəkələrdə paylaşdığım məlumatları silim.

Artıq 10-cu aydır ki, açıq yara ilə yaşayıram, oradan daim maye axır. Bu nə vaxt bitəcək və necə nəticələnəcək, bilinmir. Bu insan bu əməliyyatdan pul qazandı, amma bütün müalicə xərclərini özüm qarşılayıram. Görünən odur ki, o, insanlara belə zərər vurduğuna görə heç bir cəza almayacağını anlayaraq özünü tam cəzasız hiss edir və heç nədən də qorxmur”.




Xəbər 1609 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +