“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


17.11.2023  03:25 

Mən regiondakı qonşularımıza təşəkkür edirəm -Zelenski





A+  A-

Mən regiondakı qonşularımıza - Türkiyə, Bolqarıstan, Rumıniya, Moldovaya qlobal təhlükəsizliyin tərəfində olduqları üçün təşəkkür edirəm.

Xəzərnews.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) sammitində onlayn çıxışı zamanı deyib.

“Əminəm ki, düzgün sülhün bərpası və Rusiyanın, xüsusən də Qara dənizdəki aqressiv mövcudluğunun ləğvi Gürcüstana öz ərazi bütövlüyünü bərpa etməyə və bütün Qafqaz dövlətləri üçün daha çox milli təhlükəsizlik təminatları yaratmağa kömək edəcək”, - deyə o bildirib.

Zelenski qeyd edib ki, Ukrayna Rusiya təcavüzünə qalib gəlməklə Baltik-Qara dəniz-Azov məkanının və qonşu regionların bütün xalqlarını qoruyur.

Dövlət başçısı həmçinin Qara dəniz regionunda əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.


Xəbər 1127 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +