Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


25.01.2021  09:56 

Baydenin bu hərəkəti ingilisləri qəzəbləndirdi





A+  A-

ABŞ-ın yeni prezidenti Co Baydenin administrasiyası Ağ Evdə, oval kabinetdən Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin büstünü yığışdırır.
Xarici agentliklərin yaydığı xəbərə görə, bu barədə Fox News kanalı məlumat yayıb.

Maraqlıdır ki, ABŞ-ın Londondakı səfirliyi Twitter-dəki mikrobloqunda məsələyə tam aydınlıq gətirməyib. Əvəzində isə səfirlik “ABŞ-Böyük Britaniya arasındakı xüsusi münasibətlərdən” bəhs edən videoçarx yayımlayıb.

“Biz Çörçillin büstü ilə bağlı diskussiyalarla tanışıq. Ona görə də hər kəsə “Xüsusi münasibətlər”in nə olduğunu xatırlatmaq istəyirik”,-deyə diplomatik nümayəndəliyin videoçarxa əlavə etdiyi şərhdə bildirilir.

Lakin amerikalıların məsələni videoçarxla “yola verməsi” ingilislərin xoşuna gəlməyib. “Breksit” partiyasının lideri Naycel Farac bunu “britaniyalıların siftətinə və iki ölkə arasında münasibətlərə vurulan sillə” kimi dəyərləndirib.

Britaniyalı analitik və keçmiş baş nazir Marqaret Tetçerin müşaviri olmuş Naylı Qardiner isə videogörüntüləri sərt şəkildə tənqid edib

“Ser Uinston Çörçill azad dünyanı xilas etmiş adamdır. O, Atlantikanın hər iki tərəfinin görkəmli qəhrəmanıdır. Heç olmasa azacıq hörmət göstərin”, - deyə o, Tvitterdəki mikrobloqunda yazıb. (Musavat.com)

Xəbər 2054 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +