Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


07.01.2019  10:15 

Rusiyanın ABŞ-dan asılılıq səbəbi





A+  A-

Rusiyanın “Sukhoi Superjet 100” markalı yaxın magistrallı sərnişin təyyarələrinin satışına icazə verməyib.
XəzərNews.az xəbər verir ki, bu barədə İran hava yolları assosiasiyasının nümayəndəsi Maqsud Əsədi Samani məlumat verib.

İsrailin “İLNA” agentliyinin verdiyi xəbərə əsasən, ABŞ Maliyyə Nazirliyi həmin təyyarələrə ixracat sertifikatını təqdim etməkdən boyun qaçırıb. Qanuna görə, hər hansı məhsulun detallarının 10 faizi ABŞ-da istehsal olunarsa, Maliyyə nazirliyinin onun buraxılmasına icazə verməmək hüququ var. Rusiya tərəfi “Sukhoi Superjet 100” təyyarələrinin istehsalında həmin faizi aşağı endirə bilməyib. Bu səbəbdən ABŞ hava laynerlərinin İrana verilməsini dayandırmağı bacarıb.

Maqsud Əsədi Samani ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlər üzərində nəzarət idarəsinin lisenziyası olmadan təyyarələrin gələ bilməyəcəyini etiraf edib. Onun sözlərinə görə, ABŞ ehtiyat hissələrinin əvəzlənməsi üçün illər tələb olunur.

Bu məlumatı hələ keçən ilin oktyabrında İranın Rusiyadakı səfiri Mehdi Sanai də təsdiqləmişdi.

Beləliklə, Rusiyanın 10-12 ədəd civarında İrana satmaq istədiyi “Sukhoi Superjet 100” təyyarələrinin tədarükü ABŞ-ın icazəsinin ümidinə qalıb.



Xəbər 1717 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +