Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb


17.09.2017  15:23 

Şeyxin oğlu ölkədən getdi - FOTOLAR





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə birlidə ölkəni birdəfəlik tərk edib.
XəzərNews.az Ölkə.az-a istinadən xəbər verir ki, ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb.

Məlumata görə, Şeyxin yeganə oğlu İstanbul şəhərində ev alıb. Onun Azərbaycanı tərk etməsinə səbəb olaraq, son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərib.

Hacı Qalib Salahzadə musavat.com-a açıqlamasında Şeyxin oğlu ilə bağlı mətbuatın yaydığı xəbəri təsdiqləyib:

“Nə problemləri var, səbəb nədir, bu barədə heç nə deyə bilmərəm. Amma tək onu deyə bilərəm ki, mən sonuncu dəfə Şeyxlə görüşəndə onu həddən artıq pərişan gördüm. Pərişanlığı da oğlunun ölkəni tərk etmək qərarı ilə bağlı idi”.



Q.Salahzadə Məhəmməd Paşazadənin gedişinin müvəqqəti olmadığını deyib:

“Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardı. Onlar daimi köçüb getdi. Çıxıb gələcək, gəlməyəcək, mən deyə bilmərəm”.

"Qafqazinfo" xəbər verir ki, bir müddət öncə Şeyxin qudası, sabiq deputat Hacı Qalib Salahzadə mətbuata açıqlamasında Şeyxin varisinin onun oğlu olduğunu bildirmiş və bu fikirləri rezonans doğurmuşdu.

Bir neçə gün öncə isə Şeyxin Karlovı Varıda bir xanımla şərikli biznesinin olması ilə bağlı xəbərlər yayılıb.

Məlumat üçün bildirək ki, Məhəmməd Paşazadə Şeyxin yeganə oğludur. O, Azərbaycanda da məşhur olmuş türkiyəli iş adamı Əli Evsenin qızı ilə evlidir.

Şeyxin Məhəmməddən başqa 5 qız övladı var.




Xəbər 2277 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +