Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar


30.09.2018  13:26 

Azərbaycan yığması Çexiya ilə qarşılaşacaq





A+  A-

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçiriləcək.
XəzərNews.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya, qadın millisi isə Latviya ilə üz-üzə gələcək. Artıq komandaların heyətləri də məlumdur:

43-cü Ümumdünya Şahmat Olimpiadası, VI tur

Kişilər

Azərbaycan - Çexiya

Şəhriyar Məmmədyarov - David Navara

Teymur Rəcəbov - Viktor Lazniçka

Arkadi Naydiç - Zbinek Qraçek

Rauf Məmmədov - İrji Stoçek

Məmmədyarovla Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla çıxış edəcək.

Qadınlar

Azərbaycan - Latviya

Günay Məmmədzadə - Laura Roqule

Xanım Balacayeva - İlze Berzina

Gülnar Məmmədova - Linda Krumina

Ülviyyə Fətəliyeva - Elizabete Limanovska

Məmmədzadə və Məmmədova ağ, Balacayeva və Fətəliyeva qara fiqurlarla oynayacaq.

Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Beş turdan sonra Azərbaycanın kişilərdən ibarət yığması 10 xalla 1-ci, qadın millisi 8 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər 3155 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +