Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


03.12.2022  19:25 

Laçın dəhlizi niyə bağlandı? - ŞƏRH





A+  A-

"Azərbaycan Laçın dəhlizini bir neçə saat ərzində bağlamaqla Yerevan və Moskvaya ciddi mesaj verdi".

Bu barədə XəzərNews.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazdə Laçın dəhlizi ətrafında baş verənlərə münasibət bildirərkən deyib.

"Azərbaycan bir aya yaxındır ki, Ermənistan və Rusiya sülhməramlı qüvvələrinə Laçın dəhlizindən silah-sursat keçirilməsi və bu ərazilərdə qanunsuz qazıntı işləri aparılaraq yüklərin Ermənistana daşınmasının həyata keçirilməsini bəyan edir. Azərbaycanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi və özəl şirkətin Laçın dəhlizini bağlanması ideyası da Yerevana və Moskvaya ciddi mesajdır. Laçın yolunu bağlaması Azərbaycanın müstəsna hüququdur. İlk dəfə mülki nazirlik yolu bağladı. Ermənistan və Rusiya bundan nəticə çıxarmasa növbəti dəfə Müdafiə Nazirliyi yolu bağlaya bilər".

M.Əsədullazadə bildirib ki, Azərbaycan bununla bir daha mesaj verir ki, Qarabağda etnik ermənilərin yaşadığı əraziyə girərək monitorinq aparacaq:

"Bununla Rusiya sülhməramlı qüvvələrinin necə hərəkət etməsi test edilir. Göründüyü kimi, Rusiya hərbçiləri separatçıları müdafiə edir. Demək, gələn il Azərbaycan tərəfi sülhməramlı qüvvələrinin çıxarılmasını tələb edə bilər. Həmçinin növbəti dəfə Laçın dəhlizində gömrük və sərhəd xidmətinin postu qoyularaq Laçın dəhlizindən yalnız humanitar məqsədlər üçün istifadə edilməsinə icazə veriləcək. Ermənistan və Rusiya Qarabağda silahlanır və bunun qarşısını mütləq almalıyıq".

Hacı
XəzərNews.az



Xəbər 3057 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +